Şou-biznes

"Qızımı alan kasıb olsa, evimi ona verəcəm"

28 Aprel 2021 17:32
Baxış: 3 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Şəbnəm Tovuzlu yeni mənzil alıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə "Birə-bir" verilişində deyib: 

"Xırdalanda yeni mənzil almışam. Qızım var. Bəlkə sabah kasıb oğlan sevəcək. Mən də baxacam ki, oğlan kasıbdır, evi qızıma verəcəm, gedib həyat yoldaşı ilə yaşasın". 

Şəbnəm verilişdə "Qıznıza şou aləmindən bir bəy elçi çıxsa, onunla evlənməyə razı olarsınız " sualına da cavab verib: "Qızıma şou-biznesdən elçi düşən ağıllı oğlan olsa, razılaşaram. Əsas odur ki, bir-birini sevsinlər. Qızımın 16 yaşına qədər onunla qapalı olmuşam. Amma indi aramız açıqdır. Demişəm ki, hər şeyini mənimlə bölüş". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.