Şou-biznes

"Gündə bir dəfə biabır olun, bu sizə özgüvən verəcək"

23 Aprel 2021 16:28
Baxış: 3 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rafael İsgəndərov Elza Seyidcahanın aparıcısı olduğu "6/bazar" proqramında müzakirələrə səbəb olan açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, studiyaya it gətirən Seyidcahan veriliş zamanı "Gündə bir dəfə biabır olun. Bu sizə özgüvən verəcək" sözlərini söyləyib.

Rafael isə ona "İtlə bizi bir verilişə çağırmısan, biabır olmuşuq" sözlərini deyib. Buna təəccüblənən müğənni "Doğrudan deyirsən? Sənin evində it yoxdur? Evini nə qoruyur" sualını ünvanlayıb.

Aktyor isə "Allaha xoş getməz. Gətirmisən heyvanı yapışdırmısan bura. Niyə evimdə it olmalıdır? Hər həyət evində it olur? Hər şey Allahın qorunması altındadır" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.