Şou-biznes

185 kilo arıqlayan sənətçi - "Arvadımın sayəsində bana nail oldum"

23 Aprel 2021 18:19
Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli repçi Yener Çelik bir zamanlar əziyyət çəkdiyi və səhhətində ciddi problemlər yaşadığı çəkisi ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Armağan Çağlayanın "Youtube" verilişinə qonaq olan sənətçi 185 kiloqram arıqladığını bildirib:

"Çəkim 300 kiloqrama yaxın idi. Arvadım sayəsində 1 il 6 ay ərzində 185 kiloqram arıqladım. Həmin vaxtlar 8 XL ölçülü paltarlar geyinirdim. Hazırda isə ölçüsü 3 XL olan geyimlərdən istifadə edirəm.  Həyat yoldaşım mənə çox dəstək oldu. Həyatımı qurtardı. Hədsiz çəkim olduğu zamanlar özümü iradəsiz və zəif hiss edirdim. Hazırda çəkim 127 kiloqramdır. Daha 30 kiloqram da arıqlayacam".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.