Şou-biznes

Müğənni Rusiya toylarına gedən sənətçiləri ələ saldı - VİDEO

15 Aprel 2021 12:29
Baxış: 2 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mənə bloqqer Sevinc deyirlər. Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, "Youtube" hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz".

Milli.Az axsam.az-a istinadən istinadən xəbər verir ki, bu sözləri əkiz bacılardan biri olan Sevinc Səfərova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi pandemiyada qazancından bəhs edib. O, Rusiya toylarına gedən sənət adamlarını ələ salıb:

"İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil hamı köçsün ora".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.