Şou-biznes

Din xadimindən “Avroviziya” təmsilçisinə tövsiyə - VİDEO

2 Aprel 2021 18:04
Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva əyalətinin imam-müxtəsibi Daud Muxutdinov Rusiyanı "Avroviziya"da təmsil edəcək Manijaya beynəlxalq tədbirdə çıxışı üçün mahnısını dəyişdirməyi tövsiyə edib.

Milli.Az oxu.az-a istinadla bildirir ki, bu barədə o, "RİA Novosti"yə verdiyi müsahibədə bildirib.

İmamın sözlərinə görə, "Avroviziya" iştirakçısı ölkəni təmsil edir, ona görə də insanların mənimsəmə duyğusuna diqqət yetirməlidir.

"Nəzərə alınmalıdır ki, müsabiqə üçün seçdiyi bəstə ilə əlaqəli bir çox mənfi qiymətləndirmə alınıb", - deyə Muxutdinov vurğulayıb.

İmam onu da qeyd edib ki, adətən din xadimləri ifaçıların yaradıcılıq həyatına qarışmırlar, çünki "Uca Allah insana seçim etmək hüququ verir".

Bundan əvvəl Rusiya Pravoslav Kilsəsi Manijanın ifa edəcəyi "Russian Woman" ("Rus Qadını") mahnısını ləyaqətsiz adlandırmışdı.

Mahnının mətni həmçinin Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko tərəfindən də tənqid olunub.

"Bunlar hansısa at-insanlardır, ümumiyyətlə bir növ cəfəngiyatdır. Mən ümumiyyətlə bunun nə olduğunu anlamıram", - deyə o, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.