Şou-biznes

Aparıcı Rövşanədən şok etiraf

2 Aprel 2021 13:59
Baxış: 3 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illərdir küsülü olan aparıcı Rövşanə Ağasəfqızı müğənni Xatun Əliyeva ilə barışmasından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "MTV kanalı"na müsahibəsində bəhs edən aparıcı aralarının mərhum Xalq artisti İlhamə Quliyevaya görə dəydiyini söyləyib:

"Bizi Xatunla prodüseri Pənah barışdırdı. 16-17 il əvvəl başqa bir kanalda Xatun qonağım idi. Yaddaşımda təxmini qalıb, amma bilirəm ki, rəhmətlik İlhamə Quliyeva canlı efirə zəng etdi və onla bağlı nəsə danışdı. Canlı efir olduğu üçün onun sözünü kəsə bilmədim. Xatun da məndən incidiki niyə İlhamə xanımı efirə qoşmusam.

Təbii ki, mən deyə bilərdim bağlantı etməsinlər. Amma İlhamə xanım böyük sənətkar olduğu üçün efirə qoşduq. Mən nə bilərdim ki, o, Xatun haqqında nəsə deyəcək. Buna görə də Xatun məndən incidi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.