Şou-biznes

“Avtomobildə gizlənib, Aygün Kazımovanı güdürdüm” - Rəhim Rəhimli - VİDEO

1 Aprel 2021 13:09
Baxış: 2 126
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ARB TV-nin "Özəl" verilişinin növbəti qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub.

Milli.Az xəbər verir ki, ifaçı Aygün Kazımovanı televiziyaya gətirmək üçün çəkdiyi əziyyətli prosesdən söhbət açıb:

"İlk televiziya idi. Artıq Aygünlə danışmışam ki, yeni verilişin ilk qonağı sənsən. Rəhbərlik mənə dedi ki, gətirə bilmərsən. Dedim ki, mənə söz verib. O vaxt elə də dost münasibətimiz yox idi, ilk addımları idi. Mən əmin olmalı idim ki, Aygün Kazımova 100 faiz gəlsin. Düşündüm ki, bunu necə edim? Dedim gedib bu qızı güdəcəm. Saat 10-dur və mən arxada avtomobilin içərisində gizlənmişəm. Bu yandan da televizya ilə əlaqə saxlayıram ki, tamaşaçılar gəldimi, problem yoxdu ki, və s. Artıq 11-ə 8 dəqiqə qalmış qapı açıldı və Kazımova nəzarətçiləri ilə maşına mindilər, mən də onların arxasınca düşdüm. Proqramın başlamasına 2-3 dəqiqə qalıb. Qaza basdım və gəldim onları keçdim. Canlı yayıma 5 dəqiqə gecikdik, amma söz verdiyi kimi gəldi".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.