Türkiyənin məşhur serialı "Hercai"də Yaren obrazını canlandıran aktrisa İlay Erkök "YouTube"da yayımlanan "Bi başka" proqramında etdiyi açıqlamalarla gündəmə gəlib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 27 yaşlı aktrisa aparıcının "Dünya yalnız kişilərdən ibarət olsaydı, necə yer olardı" sualına belə cavab verib:
"Davasız olardı. Hesab edirəm ki, kişilər adətən qadınlara görə mübahisə edirlər. Bizsiz həyatlarını sadə və minimal şəkildə yaşaya bilərlər. Kişilərin həyatını qadınların çətinləşdirdiyini düşünürəm".
Milli.Az