"Kişilərin həyatını qadınlar çətinləşdirir"

28 Mart 2021 14:16

Türkiyənin məşhur serialı "Hercai"də Yaren obrazını canlandıran aktrisa İlay Erkök "YouTube"da yayımlanan "Bi başka" proqramında etdiyi açıqlamalarla gündəmə gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 27 yaşlı aktrisa aparıcının "Dünya yalnız kişilərdən ibarət olsaydı, necə yer olardı" sualına belə cavab verib:

"Davasız olardı. Hesab edirəm ki, kişilər adətən qadınlara görə mübahisə edirlər. Bizsiz həyatlarını sadə və minimal şəkildə yaşaya bilərlər. Kişilərin həyatını qadınların çətinləşdirdiyini düşünürəm".

Milli.Az