Şou-biznes

Beyonsun 1 milyon dollarlıq əşyaları oğurlanıb

27 Mart 2021 16:39
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur ABŞ müğənnisi Beyonsun 1 milyon dollar dəyərində dəyərli əşyaları oğurlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TMZ onlayn qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb. 

Mənbələr bildirib ki, Beyonsa məxsus əşyaların saxlanıldığı anbardan bu ayın əvvəlində oğurluq olub və bu, artıq ikinci oğurluqdur. 

Məşhur müğənninin bahalı əl çantaları və paltarları oğurlanıb.

Bildirilib ki, depo müğənninin şirkəti "Parkwood Entertainment"in icarəsində olsa da, oğurlanan əşyaların hamısı Beyonsa məxsusdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.