Şou-biznes

Əməkdar artist valideynlərinin ölümündə həkimləri günühlandırdı

11 Mart 2021 17:04
Baxış: 1 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Səlim Abbasov bir neçə gündür dünyasını dəyişən valideynlərinin ölümündə həkimləri günahlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, skripka ifaçısı bu haqda İnstaqramda yayımladığı videoda deyib. O bildirib ki, valideynləri koronavirusa yoluxmayıb, onlara səhv diaqnoz qoyulub:

"Anamla atam koronovirus deyildi, ikisi də şəkərli diabetdən müalicə alırdı. Allah qeyri-peşəkar həkimlərin bəlasını versin. Keyfiyyətsiz xəstəxanalar uçurulsun. Anamla atam belə ölümə layiq deyildi. Mənim adımdan istifadə edib, koronavirus dedilər. Allah heç bir ailəyə belə dərd göstərməsin".

Qeyd edək ki, musiqiçinin atası Vaqif Abbasov bir həftə əvvəl vəfat edib. Bir neçə gün əvvəl isə onun anası Laləgül xanım dünyasını dəyişib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.