Şou-biznes

Oksana Elşadla ayrılığından danışdı: “2 il depressiya keçirdim, tamamilə məhv olmuşdum” - VİDEO

1 Mart 2021 18:14
Baxış: 2 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı rəqqasə Oksana Rəsulova olub.

Milli.Az xəbər verir ki, rəqqasə bir zaman evli olduğu reper Elşad Xoseyə görə illərlə depressiya keçirdiyini etiraf edib:

"Yetəri qədər əziyyət çəkmişəm. Elə bir həddə çatdım ki, artıq əziyyətlərimin puç olduğunu anladım. Başa düşdüm ki, artıq heçnə edə bilmərəm. Elşadla fərqli insanlarıq. Fərqli yol gedirik. O yolları özümüz məcburi kəsişdirmişik. Elə bilmişik ki, bir-birimizi sevirik. İndi başa düşürəm ki, heç kimi sevməmişəm. Hal-hazırki sevgim başqa istiqamətdədir. Onunla ayrıldıqdan sonra 2 il yarım depressiya keçirdim, tamamilə məhv olmuşdum. Psixoloq yanına getdim. Mən 16 il idi ki, övlad sahibi ola bilmirdim. Psixoloq mənə dedi ki, sən övlad sahibi olmaq istəyirsən deyə bütün hisslərini o insana yönəltmisən. Ailə qursan, övladın olsa o hisslərin bitəcək. İndiki Oksana tam başqa hisslər keçirir. Elşadın doğum günü 25 sentyabrdadır. 7 il ərzində 24 sentyabrdan artıq hazırlıq görürdüm ki, ilk təbriki mən edim. Lakin son 4 ildir artıq o tarixi tamam unutmuşam. O insan tamamilə beynimdən,qəlbimdən, ruhumdan çıxıb. Son 4 ildə başqa insan olmuşam. Ana olmuşam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.