Şou-biznes

"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"

1 Mart 2021 17:04
Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həmişə Aygün Kazımovaya oxşamaq istəmişəm. Onun kimi davranmaq, dəyişik olmaq istəyirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" proqramına açıqlamasında deyib. Sənətçi Xalq artisti Aygün Kazımovaya bənzədildiyini söyləyib:

"Aygün Kazımovanı çox sevirəm. Məni ona çox oxşadırlar. Yalan danışmıram, mənə xoş olub ona bənzədilmək".

Fatimə bir çox sənət adamının özünü ona oxşatmağa çalışdığını iddia edib:

"Kim istəyirsə, mənə özünü oxşatsın. Amma insan həyatda gərək özünü tapsın. Özünü tapmayanın yeri olmayacaq. Kimisə kopyalamaq uzun getmir".

Rəqqasə onu tənqid edənlərə "Məni sevməməklə mənə güc verirsiniz. Daha güclü, pozitiv, enerjili oluram. Güclə özünü bəyəndirmək mümkün deyil" cavabını verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.