"Telekanallar qonorarsız efirə çağırdığı müğənniləri istismar edir" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illərdir Almaniyaya köçərək orada yaşayan müğənni Qismət həmkarı Xatirə İslamın efirə çıxmaq üçün telekanallardan qonorar istəməsinə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Qismət Xatirəyə dəstək olub. O, "YouTube"da yayımladığı açıqlamada ifaçıya qarşı çıxanlardan danışıb:
"Müğənni Xatirə İslamın sosial şəbəkədə yazdığı status və ona yazılanlara fikir bildirmək istədim. Xatirə başqa ölkələri nümunə göstərib. Bundan sonra bir neçə aparıcı və prodakşın rəhbəri cavab verib. Deyiblər ki, "Bizdən nə üçün pul istəyir? Əgər belə olarsa, biz onu efirə dəvət etməyəcəyik, Xatirə unudulub gedəcək. Xatirə hansı performansına görə bizdən pul istəyir? Axı o, dünya ulduzu deyil"... Bu sözləri deyənlərin özləri və proqramları dünya səviyyəli deyil. Onlar niyə belə qüsurlu müqayisə edirlər? Xatirənin sənətinin keyfiyyəti, performansı sizi qane etmirdisə, bəs nə üçün verilişə dəvət edirdiz? Demək ki, insan pulsuz gələndə sənəti sizi qane edir, lakin haqqını tələb edib qonorar istəyirsə, sənətinin keyfiyyəti sizi qane etmir. Bunun adı yumşaq desək, ikiüzlülükdür.
Bir aparıcı (Afaq Gəncəli- red.) deyib ki, Xatirə İslam toylara gedir, o, niyə efirlərdən qonorar almalıdır? Aparıcıların bəziləri toylara gedir, qonorar alırlar. Lakin bunun onların kanalda aparıcılıq müqabilində aldıqları maaşa aidiyyatı olmur. Bilirsiz ki, bir çox dünyaca populyar ulduzlar Rusiyada yaşayan varlı həmyerlilərimizin məclislərində çıxış ediblər. Amma bu, nədənsə öz və başqa ölkələrində efirə çıxmaq üçün tələb etdikləri qonorara mane olmayıb.
Əziz teleaparıcılar, siz də bir incəsənət adamısınız. Siz Xatirəni tənqid etməli yox, dəstək olmalısınız. Əgər bir müğənniyə qonorar veriləcəksə, bunu təyin edən siz yox, sizin işçisi olduğunuz telekanal rəhbərlikləridir.
"Əgər müğənnini efirə çağırmasaq, unudularlar" kimi düşüncədə olan aparıcılara demək istəyirəm ki, 21-ci əsrdə müğənniləri belə təhdid etmək mümkün deyil. "YouTube" kimi bir platforma var, müğənni istədiyi mahnını paylaşaraq özünü təbliğ edə bilər. Nəzərə alsaq ki, Azərbaycan tamaşaçısı aparılan sorğulara cavab olaraq bildirib ki, yerlidən çox, xarici kanallara baxırlar. Bu zaman sizin dediyiniz sözlərin aktuallığı ölür.
Bir prodakşın rəhbəri (Oqtay Əliyev - red.) deyib ki, əgər mən Xatirəyə pul ödəyəcəmsə, o zaman tələblərim başqadır. Belə ki, fərqli geyinməli, şou göstərməli, ətrafında rəqqaslar olmalıdır, toy mahnıları oxumamalıdır. Burada iki məsələ var. Birincisi bu, Azərbaycan kanallarında olan proqramların nə vəziyyətdə olduğunu göstərir. Əgər mən müğənniyə pul vermirəmsə, demək, ondan heç bir keyfiyyət tələb etməyəcəm. Hazırda vəziyyət belədir. Prodakşın rəhbəri bilməlidir ki, müğənniyə pul verilsə və verilməsə də, onların borcu efirə dəvət edən müğənnidən keyfiyyət tələb etməkdir. Əks halda, indi olduğu kimi verilişlərdə qeyri-peşəkarlar dəvət olunur. Belə baxan halda, demək ki, Xatirə İslam həqiqətən də haqlıdır. Demək, pul ödənsə, tamaşaçı efirdə keyfiyyət görəcək.
Müğənninin şou göstərməsinə gəldikdə isə bilməlidir ki, Sovet dövründə ifaçılar efirə çıxıb, heç bir şou göstərmədən kənarda dayanıb mahnı oxuyurdular. Buna baxmayaraq onlara ifalarından sonra qonorar ödənilirdi. Müğənni efirə gəlirsə, bu, əməkdir, qarşılığı olmalıdır. Əks halda bunun adı istismardır. Siz də incəsənət insanlarını efirə çağırıb qonorar vermirsizsə, demək ki, onları istismar edirsiz".
Qismət bildirib ki, Xatirənin bu istəyi uzun müddət reallaşmayacaq:
"Xatirənin düşündüyü bu sistem hələ uzun müddət reallaşmayacaq. Bunun üçün Xatirə və iki-üç müğənninin sözü bəs etmir. hamı birlik olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
Nübar efirə qayıdır
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
XƏBƏR LENTİ
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)





