Oqtay Əliyevdən Xatirənin ittihamına cavab: "İki şəhid verdim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Soy" prodakşnın rəhbəri Oqtay Əliyev müğənni Xatirə İslamın müharibə vaxtı Türkiyədə olması ilə bağlı ittihamlarına cavab verib.
Milli.Az xəbər verir ki, O.Əliyev axşam.az-a açıqlamasında bildirib ki, müğənninin bu ittihamları doğru deyil:
"Əgər xəbəri varsa bilir ki, müharibə ərəfəsində yollar bağlı idi, Türkiyəyə getmək olmurdu. Döyüşlərdə bibim oğlu, xalam nəvəsini şəhid verdim. Aidiyyatı təşkilatlar bilir ki, mən müharibədə nələr etdim. Bu, Xatirənin biləcəyi məsələ deyil, durub mühakimə edir. Mən müharibə dövründə bəzi müğənnilərin yoxa çıxmasını deyəndə, qadınları nəzərdə tutmuram. Orada ümumi danışmışam. Qeyd etmişəm ki, Rusiyada məşhurlaşan həmyerlilərimiz var. Onlara nə qədər pul töküb Azərbaycana gətirirlər, amma müharibədə yox idilər. Heç bir dəstək göstərmədilər.
Xatirə xanımın nəzərinə çatdırım ki, bir çox hərbi hissədə oldum. Qubadlı azad olunandan sonra ARB telekanalı ilə birlikdə orada böyük konsert keçirtdik, efirdə yayımlandı.
Xatirə xanım məşhurlaşmaq istəyirsə və ya telekanaldan pul umursa, heç kim ona pul verməyəcək. 40 günün içində iki əzizimi şəhid verdim, bunu heç kimə arzulamıram. Etdiklərimlə danışıb, qürurlanmaq istəmirəm. Mənim etdiyim yardımları bilən bilir. Əlbəttə Xatirə döyüşə getməyəcəkdi. Azərbaycan qadını əlinə silah alıb ora getməli deyil. Bizim igidlərimiz bunu etdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)





