Şou-biznes

"Bir şey edən kimi yazırlar nə gündəsən"

8 Fevral 2021 18:09
Baxış: 2 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Könül Kərimova sosial şəbəkədə görünüşünün tənqid edilməsinə münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "ATV maqazin onlarla" verilişində görünüşünü dəyişməkdən qorxduğunu söyləyib:

"Heç nə etmirsən, deyirlər nə gündədir. Nəsə edəndə də başlayırlar tənqidə. Mən də istəyirəm nəsə fərqlilik edim, geyimə uyğun saç düzəldim. Özümdə gec-gec dəyişiklik etdiyim üçün izləyicilərimə qəribə gəlir. Tez-tez etsəydim belə qarşılanmazdı.

Bizi ancaq sosial şəbəkədə görürlər deyə, tənqid edirlər. Saçlarımı kəsə bilmərəm, depressiyaya düşərəm. Saçımı çox sevirəm. Vaxtilə qaynaq da, parik də istifadə etmişəm. Hazırda öz saçlarımdır".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.