Şou-biznes

"Ərim xəsis idi, şokoladı da sayıb qoyurdu ki, yeməyim"

5 Fevral 2021 19:04
Baxış: 3 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ərim efirlərə qoymurdu, amma deyirdi get ancaq toylara pul qazan. Hacı Qara idi, pulları yığırdı başının altına. Özü də çox imkanlı ailə idilər. Yediyim şokolada görə dava edirdi. Sumqayıtda mağaza açmışdım, onu qoymuşdum işlətsin. Şokoladı sayıb qoyurdu, birini yemək olmazdı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Birə-bir" proqramında deyib. Sənətçi ayrıldığı həyat yoldaşının onun pullarını mənimsəməsindən danışıb:

"Ağılsız olmuşam, bir torba pul gətirirdim verirdim ona ki, saysın. O da yarısın götürüb, ortalığa az çıxarırdı. Deyirdim, bir söz deyərəm, pis olar. Utanırdım ki, yoldaşım deyər, pul qazanır başıma vurur. Qoy evin pulu kişidə olsun. Etika gözləmişəm.

İndi danışırıq onla, yalvarır barışaq. Ailə quranda düşünmürdüm belə olar. İndi deyirəm ki, nə qədər səhvlərim olub. İndi 15 mağazam olardı, nəinki bir. O, mənə bir mağaza belə vermədi. 2000-ci ildən qazandığımdan özümə nəsə edirəm.

Mağazalar açırdım, elə bilirdim onun adınadır. Sən demə, heç nəyi öz adına etmirmiş. Məhkəmə araşdırdı ki, maşınlar, evlər, mağazalar başqa adamın adınadır. Övladımız olmadığı üçün ondan nəşə ala da bilmədim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.