Şou-biznes

Safurə həyat yoldaşı ilə yeni FOTOlarını paylaşdı

28 Dekabr 2020 13:57
Baxış: 2 878
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Eurovision" iştirakçılarımızdan olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə yeni görüntülərini yayımlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, keçmiş müğənni ərini ad günü münasibətilə təbrik edib.

Safurə birlikdə olan şəkillərinə "Mənim əziz, dəyərli həyat yoldaşımın doğum günüdür. Həmişə ailəmizin başının üstündə olasan. Sağlam və xoşbəxt həyat, bərabər yaşayaq. Səni çox sevirəm. Çox sağ ol ki, həmişə yanımdasan. Canım eşqim" sözlərini qeyd edib.

Müğənni Samir Piriyev də Safurə və Fərhad cütlüyünün evində qonaq olub. O, ailə fotolarını İnstaqram səhifəsində yayımlayıb.

Qeyd edək ki, Fərhad mərhum energetika naziri natiq Əliyevin oğludur. Safurə və Fərhad cütlüyünün üç övladı var.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.