Şou-biznes

"Aqil bilmədi ki, bu günün sabahı da var"

26 Dekabr 2020 17:52
Baxış: 3 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqqasə-aktrisa Oksana Rəsulova "Fəlidən doğru xəbər" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi rejissor Aqil M. Quliyevlə bağlı etiraf edib. Oksana bildirib ki, ilk vaxtlar sənətə gələndə Aqil onunla işləməkdən imtina edib:

"Bir klip var idi, baxdım xoşuma gəldi. Azərbaycana yeni gəlmişdim, maraqlandım ki, rejissorlar kimdir. Baxdım ki, Aqil M.Quliyev çəkib. Getdim yanına, videolarımı göstərdim ki, klip çəkdirmək istəyirəm. Qayıtdı ki, sən bu sənətə gəlmə. Getdim başqa rejissora çəkdirdim. Aqil bilmədi ki, bu günün sabahı da var. Sonra görəndə ki, tanınmış simayam təəccübləndi. Peşmançılıq da çəkdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.