Şou-biznes

"Pul qazananda yaxşı idi, indi yoxdur deyə biabır edilməlidir?" - Xatun

16 Dekabr 2020 15:44
Baxış: 4 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva Əməkdar artist Mətanət İsgəndərlini müdafiə edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi həmkarı haqda gəlini Canananın dediklərini qınayıb.

"Xəbəri eşitdim çox üzüldüm. Mətanət xanımı yaxından tanıyır, onun pərəstişkarıyam. Çox saf, səmimi, sadə insandır. Uşaq kimidir, ona görə də onu belə incidirlər. Hamıya inanır, başına da belə işlər gəlir.

O, bu həyatda çox əziyyətlər çəkib. Çox zəhmətkeş insandır, Canı ağrıya-ağrıya ordan ora, burdan bura qaçdığını görmüşəm. Bütün ailənin yükü tək onun çiyinlərində olub. Təkbaşına balalarını, bacı, qardaşını saxlayıb. Bütün külfətə o baxıb. İndiki mövcud duruma görə pul qazanmır, toy yoxdur, nə etsin? Bu xanım necə dolansın?

Kaş ailə məsələsini ictimailəşdirməzdiniz, öz aranızda həll edərdiniz. belə bir şəraitdə hamının problemi ola bilər. Bunu bu formada danışmaq, müsahibə vermək insanlığa sığmır. Pul qazananda yaxşı idi, indi yoxdur deyə biabır edilməlidir?".

Qeyd edək ki, M.İsgəndərlinin gəlini və oğlu Kərim ayrılıb. Gəlin hazırda 3 uşaqla kirayədə yaşadığını, ona həyat yoldaşının dəstək olmadığını bildirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.