Şou-biznes

"Şuşa işğal olundu və mən bir daha "Şuşanın dağları"nı ifa etməməyə qərar verdim"

17 Noyabr 2020 14:14
Baxış: 2 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Brilliant Dadaşova "Şuşanın dağları" mahnısı ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni 28 ildir bu mahnını oxumağı özünə qadağa etdiyini söyləyib.

29 il əvvəl lentə alınan videosunu paylaşan Dadaşova "1991-ci il, AzTv... Bir il sonra Şuşa işğal olundu və mən bir daha "Şuşanın dağları" xalq musiqisini ifa etməməyə qərar verdim.

Ali Baş Komandan və Azərbaycan Ordusu 2020-ci ildə Şuşanı işğaldan xilas etdiyi bu günə qədər oxumadım" sözlərini yazıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.