Şou-biznes

“Heç toxunmadımı sizə yaşadıqlarımız?” - Günay Acunu qınadı

13 Oktyabr 2020 18:09
Baxış: 9 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əlbəttə ki, bu günlər keçəcək, xalqım zəfər qazanacaq. Qarabağımın işğal olunmuş torpağında Azərbaycan-Türk bayrağı dalğalanacaq! Amma biz heç zaman unutmayacağıq yanımızda duranları da, kənarda qalanları da".

Milli.Az mediapost-a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva sosial media hesabında yazıb.

O, İnstaqram "Story"də TV8 kanalının sahibi Acun Ilıcalını tənqid edərək Azərbaycana dəstək olmamasını qınayıb:

"Mənim diqqətimi Acun Ilıcalı çəkdi - türkəsilli qardaşımız. Yüzlərlə azərbaycanlının "O səs Türkiyə", "Yetenek sizsiniz", "Survivor Türkiyə" proqramlarında sevərək iştirak edən, izləyici kütləndə və reytinqində az əməyi olmayan Azərbaycan türkləriyik biz. Acun bəy, niyə səssiz qaldınız? Heç toxunmadımı sizə yaşadıqlarımız? Çətin gəldi 13,4 milyonluq səhifənizdə heç olmasa bir Azərbaycan bayrağı paylaşaraq dəstək olmaq?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.