Şou-biznes

Məleykə Əsədova: “Lotereya oynadım, Bakıda ev aldım”

18 Sentyabr 2020 19:12
Baxış: 3 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Valideyinlərim məni dünyaya gəlməmişdən qabaq oğlan gözləyirmişlər. Arzuolunmaz uşaq idim. Amma ailəyə böyük uğur gətirdim. Məndən sonra qardaşım doğuldu. Ancaq bir yaşında dünyasını dəyişdi. Mənim ağlamağım ailəyə ziyan gətirirdi, ona görə qəlbimə dəymirdilər. Məktəb illərində qəşəng qız olmamışam, arıq, uzun, cılız idim".

Milli.Az demokrat.az-a istinadən bildirir ki,  sözləri Xalq artisti Məleykə Əsədova "Space" kanalında yayımlanan proqramda deyib.

"Atamdan sonra çətinlik, əziyyət nədir bildim. Zəif olmadım, çiynimdə böyük yük daşıdım.

Universiteti bitirəndə bir il rayonda qaldım. Allah ağlımı əlimdən almadı. Toylara getdim, lotereya oynadım və pulumu toplayıb Bakıda ev aldım. Evim olmasaydı, maşın almayacaqdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.