Şou-biznes

"Ayıbdır, sizlərə yaraşdırmadım" - Xalq artistindən tənqidlərə cavab

26 Avqust 2020 18:50
Baxış: 6 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə fərqli obrazda makiyaj və saç düzümü etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni yeni fotolarını İnstaqram izləyiciləri ilə bölüşüb. G.Məmmədovanın makiyajını izləyicilər tənqid ediblər.

İfaçı ünvanına sərt sözlər yazan sosial şəbəkə istifadəçilərini cavabsız qoymayıb.

"Ayıbdır, sizə yaraşdırmadım. Burada "şpaklyovka" var? Sizə bu sözləri kim yazdırır? Bütün makiyaj çəkilişləri belə olur. Sənətkarı sevən onu hər halı ilə sevər, dəstək olar. Sizin davanız bəzənənlə deyil, bəzəyənlədir. Nahaq edirsiz, günahdır. Yazdıqlarınıza diqqət edin" deyə, G.Məmmədova tənqidlərə münasibət bildirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.