Şou-biznes

Zaur Kamalın verilişləri bağlanıb? - AÇIQLAMA

17 Avqust 2020 19:29
Baxış: 8 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər TV-də yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi "5də5" verilişinin bağlandığı haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Milli.Az bildirir ki, azxeber.com məsələni dəqiqləşdirmək üçün aparıcının özü ilə əlaqə saxlayıb.
 
O deyilənləri təkzib edib: "Hazırda məzuniyətdəyəm. Bu xəbərləri kimlər çıxarır bilmirəm. Amma ki, əsassızdır.
 
Zaur Kamal deyib ki, yeni mövsümdə aparıcısı olduğu hər iki veriliş yayıma davam edəcək: "Yeni mövsümdə həm "5də5", həm də "Ay Zaur" verilişi yayımlanmağa davam edəcək. Verilişlərimizin hər birində yeniliklər olacaq. Format dəyişikliyi ola bilər, ancaq verilişlərim bağlanmayıb".
 
Qeyd edək ki, "5də5" və "Ay Zaur" verilişləri uzun illərdir ki, Xəzər Tv-də yayımlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.