Şou-biznes

"Artıq informasiya bazarında canvermə var"

13 Avqust 2020 18:54
Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Rövşanə Ağasəfqızı son günlər qalmaqala səbəb olan boşanma mövzularından danışıb.

Aparıcı ''ölkə.az''-ın əməkdaşı ilə söhbətində bildirib ki, ''İnstagram''da gedən hər söhbəti şoulaşdırmaq lazım deyil.

''Hər əlinə qələm alanı, hər sosial mediada məlumat ötürəni jurnalist adlandırmaq olmaz. Son günlərdə ümumiyyətlə ''İnstagram''a girmək mümkün deyil. Ancaq ''Elə deyirlər, belə deyirlər, etibarlı və ya qeyri mənbədən əldə etdiyimiz məlumat'' başlıqları ilə rastlaşıram. Belə məlumatlar insanları yorur. Bəlkə də, artıq informasiya bazarında canvermə var. Qəbul edirəm ki, biz reytinqin əsiriyik. Həmin reytinqin qurbanlarından biri də mənəm. Çünki məndən də reytinq tələb olunur. Reytinq cədvəli hardan gəlir, heç mən də bilmirəm. Verilişdən sonra reytinq 1, yaxuid 1 olur.  Nə var, nə var mən 3 ədəbiyyatçını verilişə çıxarıb ağıllı söhbət etmişəm. Mən də gələn dəfə məcbur oluram ''Haxışda'' deyənləri çağırıb reytinq yığım. Çünki tamaşaçının istəyi bu yöndədir. Başa düşürəm ki, tamaşaçını da yükləmək olmaz. Əyləncə verilişləri də olmalıdır. Ancaq ruha qida verən, düşündürən layihələr də lazımdır. Bütün televiziya və saytları reytinqin əsiri etmək olmaz. Bu artıq kökündən dəyişilməli prosesdir. Yenilik etmək lazımdır. Lakin necə etmək lazım olduğunu mən də bilmirəm. Kiminsə efirdə atdanıb-düşməsi, saçyolduya çıxması reytinq yaradan məsələlərdir. Ancaq bunlar insanları, izləyiciləri maarifləndirmir. Saytlar da, İP  yığmaq üçün düşürlər boşananların canına. 15-20 il əvvəl belə biabırçı yazıları təqdim etmək olmazdı. Tamaşaçılar, oxucular daha ciddi yazılar, verilişlər istəyirdi. Əgər biz seçilmək istəsək, onda da kənarda qalarıq. Mübarizə aparıb seçilmək istəyənlərə də, ''Sən kənarda dayan, mənə reytinq vermədin'' deyirlər. Çünki bir gül ilə bahar olmaz''- deyə o qeyd edib.

Qeyd edək ki, Rövşanə Ağasəfqızı bir neçə gün öncə sosial media hesabında tanınmış boşanan cütlüklərin ayrılıq xəbərlərini tənqid edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.