Şou-biznes

Toylarsız qalan meyxanaçı Vüqar Əbdülov "maklerliyə" başladı - FOTO

9 Avqust 2020 15:57
Baxış: 3 846

Tanınmış meyxanaçı Vüqar Əbdülov ev alqı-satıqısına başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə meyxanaçının özü "İnstagram" səhifəsində məlumat yayıb.

Meyxanaçı ev alqı-satıqısı ilə bağlı ofisin qarşısından foto paylaşaraq, qeyd edib: "Keçdik bu işlərə. Allah alana da, satana da xeyir versin".

Qeyd edək ki, Vüqar Əbdülov bir müddət bundan əvvəl musavat.com-a açıqlamasında toylarsız qalan digər həmkarları kimi maddi vəziyyətinin çox ağır olduğunu bildirmişdi. Meyxanaçı sənətdən başqa bir iş bacarmadığını, gələcəkdə veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi çalışmağı düşündüyünü demişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.