Şou-biznes

"Hər gün cərimə yazırlar" - Lalə polislərdən şikayət etdi - VİDEO - FOTO

26 İyul 2020 12:03
Baxış: 7 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Lalə Əlimuxtarova Dövlət Yol Polisindən şikayət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, avtomobilini hər gün yaşadığı binanın qarşısında saxladığını, amma polislərin gəlib cərimə yazdığını bildirib:

"Həsənbəy Zərdabı küçəsindəyəm, avtomobilimi binanın sahiblərinin icazəsi ilə qarşısında saxlayıram. Hər gün polislər gəlib çəkib, cərimə yazırlar. Yeni tikilən binadır, dayanacağı yoxdur. Deyiblər, icazə almışıq saxlayın. Burada "saxlama" işarəsi yoxdur. Özü də son 1 həftədir edirlər. Niyə insanları incidirlər? Hər gün 20 manat cərimə yazıblar.

Səhərin açılmasına imkan vermirlər. Yenə gəlib maşını çəkib və cərimə ediblər. Burada saxlanılan avtomobillər heç bir yoldan keçənə mane olmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.