Şou-biznes

"Kaş telefon olmayaydı, abır-həya qalmayıb"

23 İyul 2020 17:22
Baxış: 2 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bizim vaxtımızda hər şey başqa idi. İndi dəhşətdir. Bəlkə bizim o vaxtlar ağlımız kəsməyib, başqa cür olmuşuk. İndi çox avropalaşmışıq. Bunu istəmirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Gündən-günə" proqramında qonaq olarkən deyib. Sənətçi gənclərin həddindən artıq müasir olmalarını bəyənmədiyini deyib:

"Hərənin bir cür baxışı var. Mən istəyirəm abır, həya, bir az utanma, çəkinmə olsun. Müəllimlərimizi görəndə utanardıq. İndi elə deyil: məktəbdə dava gedir, müəllim uşağı vurur, uşaq müəllimi vurur. Bəlkə, müəllim özünü apara bilmir, nəticə belə olur.

Düşünürəm ki, mobil telefon olmasaydı, başqa cür olardı. Telefon olsa da ancaq zəng gedib-gələrdi, digər funksiyalar olmazdı. Onda gənclərimiz başqa cür olardı".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.