Şou-biznes

Azərbaycanlı musiqiçinin səhhəti pisləşib - FOTO

21 İyul 2020 15:25
Baxış: 3 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nağara ifaçısı Zöhrab Məmmədovun səhhəti pisləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. O bildirib ki, musiqiçi uzun müddətdir yataq xəstəsidir. Onun müalicəsi üçün maddi dəstəyə ehtiyacı var:

"Bir dəfə yaxınları yardım üçün kampaniya başlatdılar. Amma heç bir köməkliyi olmadı. Zöhrab nağara sənətinin ən öndəgedən isimlərindən biridir. Ancaq məşhur oxuyanlara yox, belə musiqiçilərə də yardım edin. Vəziyyəti yaxşı deyil".

Qeyd edək ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Nağaraçının yaxınları bununla bağlı "Facebook"da  yardım kampaniyasına başlayıblar. Bildirilib ki, onun ayaqları tutulub, çox kəskin arıqlayıb, taqətsizləşib, çətinliklə danışır. Şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır. Təcili cərrahiyə əməliyyatı edilməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.