Şou-biznes

"Yerimə kim olsaydı intihar edərdi" - Nura Suri

1 İyul 2020 17:17
Baxış: 4 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İşim yoxdur, pul qazanmıram. İnstaqramda nəsə reklam edirəmsə, ondan pul alıram. Mənim adımı çəkib reklam olmaq istəyirsinizsə, əvvəlcə deyin. Sivil formada sizi reklam edim. Məni də dinləyib, sevənlər var. Facebook-da daha aktivəm və real izləyicim çoxdur. İnstaqramdan fərqli olaraq, orada real şərhlər yazılır. İnsanların məni qəbul etməsi, sevməsi üçün əziyyət çəkmişəm. Kimsə gəlib məni gözdən salmaq üçün nəsə deyirsə, haqsızlıqdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri "Ən yaxşısı" verilişində deyib. Sənətçi ünvanına deyilən tənqidlərdən, böhtanlardan bəhs edib. Nura bildirib ki, son günlər şəxsi həyatı ilə bağlı paylaşdığı arxiv fotoların səbəbi şayiələrin qarşısını almaqdır:

"Səhnəyə 2004-cü ildən gəlmişəm: ayağımın altın qazanlar, şər atanlar, tədbirlərdən buranlar olub. Mənim qarşılaşdığım problemləri başqası görsəydi, dözməzdi. Anam dəfələrlə mənə görə kimlərləsə üz-göz olub, əziyyət çəkib. Heç kimə pislik etmirəm. Mənə qarşı niyə belə haqsızlıqlar olmalıdır?

Yaxşılıq etdiklərim belə məni işdən burublar. Haqqımda deyilən şayiələr dözüləsi deyil. Kim olsaydı intihar edərdi. Ona görə indi başlamışam ailə qurduğum şəxslərin fotosunu paylaşmağa, şərhlərin qarşısını almağa".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.