Şou-biznes

Hacıbaba Bağırovun xanımı və qızı illər sonra - VİDEO

17 İyun 2020 12:54
1 Şərh     Baxış: 14 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu və qızı Şölə "ATV səhər"in kamerası qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun xanımı onunla bağlı xatirələrini bölüşüb:

"Tamaşaçılar kimi mənə də dəyərli olub. O vaxtlar səhər tezdən oyanar, onun olduğu verilişə baxırdım. Heç ağlıma gəlməzdi ki, bir gün onunla görüşəcəm və mənə evlilik təklif edəcək. Həyatımızın 7 ili gözəl keçdi. Rolllarına baxmayaraq, həyatda çox ciddi idi. Ən böyük xəyalları qızı Şölə ilə bağlı idi".

"Atam dünyasını dəyişəndə yaşım az idi. Onu tam xatırlamıram. Hər zaman anama və dostlarıma deyirəm ki, ən gözəl səs atamın səsidir. Uşaq olanda arzulayırdım ki, aktrisa olum. İndi başa düşürəm ki, çətindir" deyə, Şölə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.