Şou-biznes

"Utanmırsınız, səhər məni 10 dəqiqəlik efirə çağırırsınız?" - Rəhim Rəhimli

5 İyun 2020 19:00
Baxış: 3 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Utanmırsınız? Səhər tezdən bizi 15 dəqiqəlik efirə çıxarmısınız. 10 ildir efirə çıxmayan Rəhim Rəhimlini 10 dəqiqəlik efirə çıxartmısınız".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "ATV səhər"də qonaq olan zaman deyib.

"Danışılacaq sözlərimiz çoxdur. Yeni ideyalarım, layihələrim var. Ona görə də efir saatını uzadın".

Musiqiçi "MTV Azərbaycan" kanalının rəhbəri vəzifəsindən getməsindən də söz açıb:

"Oradakı fəaliyyətimi dondurdum. Daha çox yaradıcılığımla məşğulam. İki il ərzində bir dəfə mahnı yazdırmadım, studiyaya girmədim, aranjimançı ilə çalışmadım. Ancaq oturub müğənnilərin zənginə cavab verdim: yığırdılar ki, niyə filankəsin mahnısı çox getdi, mənimki az. Başımı götürüb qaçdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.