Şou-biznes

"Şiş yenə qayıdıb" - Əməkdar artist

18 May 2020 22:49
2 Şərh     Baxış: 4 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rəhman Rəhmanovun  səhhətində yenə problem yaranıb.

Milli.Az Axşam.a-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" verilişində danışıb. R.Rəhmanov bildirib ki, karantindən sonra xaricə müalicəyə gedəcək.

O, onikibarmaq bağırsağında yenidən şiş yarandığını açıqlayıb:

"Onikibarmaq bağırsağımda daş var idi, onu götürdülər. Amma indi yenə əmələ gəlib. Karantin bitəndən sonra xaricə müalicəyə gedəcəm.

İndi hiss edirəm ki, əvvəlki vəziyyətə qayıtmışam. Yeyəndə, içəndə o ağrıları yaşayıram. Hələ həkimə getməmişəm. Dərmanla məni saxlayırlar. Kimyaterapiya da hələ məsləhət görülməyib. Qorxmuram, yaşadığım qədər yaşamışam, işləmişəm. Nə olacaqsa olacaq. Bu ağrı, xəstəlikdənsə, yaşamamaq yaxşıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.