Şou-biznes

“Toydan yalnız musiqiçilər qazanmır, ay dayazlar”

16 May 2020 11:09
17 Şərh     Baxış: 2 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni-bəstəkar Murad Arif (Şükür) karantin dövründə müğənnilərin işsiz qalması barədə sosial şəbəkədə status paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, toyların keçirilməsinə icazə verilmədiyi üçün təkcə şou-biznes yox, digər peşə sahiblərinin də pulsuz qaldığını yazıb:

"Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Bu sektor, dükanları, gözəllik salonları, gül-dekor xidmətini, şirniyyatı, aşpazlar, fotoqraflar, videoqraflar, xidmət sektorunu, təmir işçilərini, avtomobil icarəsi, dərzilər, geyim dükanları, zinət satıcıları, elektronika malları, ev kirayəsi, daşınmaz əmlak satışı da daxil olmaqla, böyük bir ölkəni işlə təmin edən sistemdir.

Hər müğənninin 10-15 nəfər sənətçidən ibarət heyyəti olur. Müğənni sayəsində ölkədə bütün audio-video istehsalat işçiləri, lap elə media da dolanır! Xadiməsini, ofisiantını, taksisini demirəm... Ay dərdə sevinən bədniyabət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək?!"

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.