Mahnı 5 dəqiqədir. Onu kimsə bir "ağıllı" adam kəsibsə, deyib, yəqin, 4 dəqiqədən artıq olmaz.
Milli.Az xəbər verir ki, bunu "5/5"də mahnısı yarımçıq kəsildiyi üçün canlı yayımda etiraz edən aparıcı-aktyor Sərxan Kərəmoğlu deyib.
Emosional çıxışları ilə seçilən Sərxan mahnısının yarımçıq kəsilməyinin bir plan olduğunu iddia edib:
"5 dəqiqədir bu mahnı, bir quruluşu var - bir başlanğıcı var, bir bitəcəyi var. Axıra bir dəqiqəsi qalıb, kəsiblər. Mahnı tamdır, olmaz belə. Bu, böyük bir qüsurdur. Nədənsə də Sərxanın başına gəlir belə şeylər. Keçən səfər də başqa kanalda... Bunu edən kimdirsə, istəyirlər ki, Sərxan danışsın, söz-söhbət olsun".
Məhəmməd Vaqif
Milli.Az