Şou-biznes

“Heç bir estetik əməliyyat etdirməmişəm” - Könül Kərimova iddialara cavab verdi

12 May 2020 13:05
14 Şərh     Baxış: 4 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Könül Kərimova onu estetik əməliyyat etdirməkdə günahlandıranlara cavab verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, "Xəzər" televiziyasında yayımlanan "5də5" verilişində qonaq olan ifaçı maraqlı açıqlamalar verib.

"Bir müddət əvvəl verilişlərin birində oğlumu evləndirmək istədiyimi dedim. Onun üçün estetik əməliyyat etdirməmiş, təbii qız axtardığımı dedim. Bu böyük müzakirələrə səbəb oldu. Başladılar məni günahlandırmağa ki, guya mən təbii deyiləm, əməliyyat etdirmişəm. Buradan bəyan edirəm ki, mən heç bir estetik əməliyyat etdirməmişəm. Saçlarım da, dırnaqlarım da hər şeyim təbiidir, özümünür", - o vurğulayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.