Şou-biznes

Rəqsanənin müğənni qızı Aysun əməliyyat olundu

8 May 2020 15:39
1 Şərh     Baxış: 4 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova yenidən bıçaq altına uzanıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə Aysun sosial media hesabında məlumat verib.

İfaçı şəhər xəstəxanalarının birində ayaq damarlarından "Varikoz damar genişlənməsi" əməliyyatı keçirib.

O, əməliyyatdan sonra izləyicilərinə videomüraciət ünvanlayıb: "Keçirdiyim əməliyyat plastik və estetik deyil. Ayaq damarlarının dördüncü dərəcəli xəstəliyindən əməliyyat olunmuşam".

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda xəstəxanada müalicəsini davam etdirən A.İsmayılova özünü yaxşı hiss edir. 

Qeyd edək ki, müğənni iki il öncə burnunda rinoplastika əməliyyatı keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.