Uşaqlığı körpələr evində keçən Bahar Lətifqızı "Səni axtarıram"ın efirinə görüntülü qoşulub.
Milli.Az xəbər verir ki, müğənni kamera qarşısına uşaq evində birgə böyüdüyü "qardaş"ları ilə çıxıb. Xoşqədəm Hidayətqızı kardlarda müğənninin yanında diqqət çəkən yaşlı qadının kimliyini soruşanda Bahar "45 il internatda müəllimlik, analıq edib. Mən də 5 yaşımdan 15 yaşıma qədər orada böyümüşəm" cavabını verib.
Müğənni fikirlərinin davamında "Mina ananın 2 oğul övladı dünyasını dəyişib. Bu qadın bizə o qədər diqqət edirdi ki, artıq öz övladları yadından çıxmışdı" ifadələrini işlədib.
Bu da verilişdən sözügedən kadrlar:
Məhəmməd Vaqif
Milli.Az