Şou-biznes

Murad Arif: “Karantində beş kiloqram kökəldim, depressiyaya düşdüm” - FOTO

30 Aprel 2020 18:44
6 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Karantində bağda qalırdıq. Hətta orada qaralmışıq. Müəyyən işləri görmək üçün bağdan şəhərdəki mənzilimizə gəldik. Sizin efirinizə çıxmaq üçün tez hazırlaşdım. İnanın ki, uşaqlar evdə başımıza çıxır. Evi dağıdırlar".

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif İTV-də yayımlanan "Gəl Qonaq Ol!" proqramına "Skype" vasitəsi ilə qoşularkən deyib.

Sənətçi karantində kökəldiyini etiraf edib:

"Karantində beş kiloqram kökəlmişəm. Bu hal məni depressiyaya salıb. Ümüd edirəm ki, karantin bitəndən sonra əvvəlki çəkimə qayıdacağam. İşsiz qalan insan deyiləm. İşləməyi çox sevirəm. Mənim üçün əsas ailəm və işimdir. İşləmək insanı tonusda, formada saxlayır".  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.