Şou-biznes

Rəqsanə ağlayaraq yardım istədi: "Rusiyada koronavirusa yoluxan azərbaycanlıları xəstəxanaya aparmırlar" - VİDEO

29 Aprel 2020 12:48
27 Şərh     Baxış: 10 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxan azərbaycanlıların sayı gündən-günə artır. Rusiya dövləti isə miqrantlara sahib çıxmır.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, müğənni Rəqsanə İsmayılova göz yaşları ilə onlar üçün hər kəsdən kömək istəyib:

"Əzizlərim, çarəsiz vəziyyətdə qalmışam. Buradan müraciət edib yardım istəyirəm. Xahiş edirəm, həmvətənlərimizə yardım edin. İnsanlar çox acınacaqlı vəziyyətdədir. Bu insanların halına ürəyim dözmür. Rusiya dövləti miqrantlara sahib çıxmır. Təcili tibbi yardım gəlib, iynə vurub gedir. Xəstəxanaya aparmırlar. Artıq tab gətirə bilmirəm. Nolar, yaxşı oğlanlardan, dövlətimizdən kömək istəyirəm. Xahiş edirəm, dövlətimiz bunu nəzarətə götürsün. Mən hamıya kömək edə bilmirəm, o qədər imkanım yoxdur. Yalvarıram, kömək edin.

Xəstəxanaya yerləşdirməyə kömək edin. Moskvada bizim xəstələrə sahib çıxan yoxdur. Xəstələrimiz çoxdur, Naxçıvandan, Gəncədən, Lənkərandan var. Kömək etmək istəyənlər bizimlə əlaqə saxlasın".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.