Şou-biznes

Xoşqədəm Hidayətqızının ərinin keçmiş sevgilisi yenidən üzə çıxdı - FOTOlar

28 Aprel 2020 14:56
24 Şərh     Baxış: 32 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir efirlərdə görünməyən Türkiyəli müğənni Hilal Cebeci yenidən ortaya çıxıb. Müğənni ona sosial şəbəkədə video çəkərək evlənmə təklifi göndərən şəxslərə cavab verib.

Milli.Az Unikal.org-a istinadən xəbər verir ki, bir vaxtlar sosial şəbəkədə paylaşdığı cəsur pozalı fotoları ilə gündəm olan müğənni aldığı təkliflərə reaksiya verib və evli olduğunu deyib:

"Mənə evlilik təklif etməyin. 7 ildir evliyəm. Ümid edirəm ürəyinizə görə, xoşbəxt olacağınız biri ilə evlənərsiniz.

Əziz sevənlərim, 2013-ci ildə Londonda səssizcə evləndim. Yoldaşımın məndən tək xahişi şou biznesdən uzaq yaşamağımdır.

Buna görə məni görə bilmirsiniz. Bu mövzuda təpki verdiyinizi də anlayıram. Amma onsuz da sosial şəbəkədəki səhifələrimdən məni izləyə bilirsiniz. Ümid edirəm vəziyyəti başa düşəcəksiniz. Sizi çox sevirəm".

Qeyd edək ki, Hilal Cebeci hazırda azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan Doğuşun keçmiş sevgilisidir. Hətta bir vaxtlar cütlüyün nişanlandıqları və evlənəcəyi də iddia edilmişdi.

Cütlük birlikdə "Gamsız" klibində də rol alıb.

Hilal Cebeci' nin beklenen klibi! Doğuş ile yatakta! - Medyafaresi ...

Doğuş 2006-cı ildə H.Cəbəcidən ayrıldıqdan sonra başqa bir xanımla ailə həyatı qurmuşdu.

Hilal Cəbəci özü kimi müğənni olan sevgilisindən ayrıldıqdan sonra "tvitter"də "Doğuş Kama-Sutra aşiqidir" deyə bildirmişdi.

Doğuş isə sonradan mətbuata açıqlamasında "Hilal Cebeci məndən ayrıldıqdan sonra 50 şəxslə birlikdə oldu" demişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.