Şou-biznes

“Qadağan olunmalı verilişlər var” - İlkin

28 Aprel 2020 11:23
11 Şərh     Baxış: 2 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Televiziyalarımız maraqlı yeni simalar üçün acdır. Hardasız? Niyə yoxsuz? Niyə gəlmirsiz?

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "MTV"yə müsahibəsində deyib. O, teleməkanlarda aparıcı çatışmazlığından şikayətlənib:

"Sanki müəyyən bir dövr oldu. Yeni simalar gəldi, özlərini göstərdilər. Aparıcılıq tərzi ilə filan yadda qaldılar. Daha sonra öz məharətlərini göstərmək üçün bilmirəm internet, "YouTube", yoxsa İnstaqrammı imkan vermədi, yoxsa nədir? Amma çox istərdim ki, yeni simalar çıxsın. Ekrana baxanda adamın ürəyi açılsın ki, səlist danışır. "C, ç" problemi yoxdur. Gülərüzdür, sözləri düzgün tələffüz edir. Çox təəssüf ki, yeni belə simalarımız yoxdur".

İlkin hazırda yayımlanan verilişlərlə bağlı da fikir bildirib:

"Özüm kənardan dayanıb onları izləyirəm. Sözün düzü pis görünür. Bugünkü gündə barmaqla sayılacaq televiziya kanallarımız və simalarımız var ki, o kanala baxanda çevirmək istəmirsən. Çox təəssüf ki, qadağan olunacaq verilişlərimiz var ki,  ona hər kəs, balacalar, böyüklər baxır. Düşünürəm ki, ölkədə olan bu islahatlar bizim televiziyalarda da öz təsirini göstərəcək. Hər şey əvvəlki kimi mükəmməl olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.