Şou-biznes

"İmkansız adam 7 saat "İnstagram"da nə edir?" - Vasif

24 Aprel 2020 10:10
14 Şərh     Baxış: 2 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gedirik kiməsə yardım edirik, çəkiliş etmirik, yayımlamırıq deyirsiz, hər zaman böyük- böyük danışırsız, hardasız, niyə imkansızlara kömək etmirsiz?

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli "İnstagram"da canlı yayımda deyib. 

"Sonra gedib kiməsə əl tuturuq, çəkib yayımlayırıq, onda da deyirlər ki, filankəs özünü reklam edir. Sağ əlin verdiyini sol əl bilməməlidir. Siz nə istəyirsiniz? Necə edək ki, sizi razı salaq? Dəfələrlə gedib, burada Qazaxda, Buzovnada və digər yerlərdə insanlara kömək etmişəm. Hamısını çəkmişəm, telefonumdadır, sadəcə heç yerdə paylaşmamışam", - o qeyd edib.

Daha sonra o, ondan kömək istəyən şəxsdən də danışıb.

"Bir nəfər mənə yazıb ki, mənə kömək edin. Deyirəm, mən Bakıda deyiləm, burada, Qazaxdayam. Məndən xahiş edir ki, Kamil Zeynallıya, ya da Tolikdən xahiş edin. Düzü, məndə Kamilin nömrəsi vardı, "Whatsapp"da ona yazdım, o adamın nömrəsini də yolladım. Sonra baxıram ki, 7 saatdı "İnstagram" da xətdədir. Mən başa düşə bilmirəm, imkansız, yardıma möhtac olan biri 7 saat orada nə edir? Özünə də yazdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.