Şou-biznes

“Bütün işlər üstümdə qalıb” - Mələkxanım Əyyubovanın karantin günləri...

22 Aprel 2020 18:14
22 Şərh     Baxış: 3 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sənət adamı evdə darıxa bilməz. Yaradcılıqla məşğulam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova İTV-də yayımlanan "Gəl, qonaq ol" proqramında deyib.

Sənətçi karantin günlərini necə keçirməsi barədə danışıb:

"Piano arxasında tələbələrimə onlayn dərs keçirəm. Gec-gec ifa etdiyim əsərləri təkrarlayıram. Piano və qarmon üzərində  barmaqlarım yatırdı, onları işlədirəm.

Həm də ailəmin işləri var. Köməkçilər çox gələ bilmir. Bütün işlər üstümdə qalıb. Övladlarımın iksi ailə qurub, iksi evdədir. Onlar da mənə kömək edirlər. Günümüzü elə planlaşdırırıq ki, darıxmayaq. İnsan biləndə ki, evdə məcburiyyətdən oturub, dünyamızda narahatlıq var, ona görə sıxıntı keçiririk. Bu sıxıntıları səbrlə dəf edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.