Şou-biznes

Vasif Məhərrəmli izləyicisini təhqir etdi - FOTO

17 Aprel 2020 11:41
11 Şərh     Baxış: 4 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Vasif Məhərrəmli insanlara yardım məqsədilə ərzaqlar alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ərzaq qutularının üstünə "Əməkdar artist Vasif Məhərrəmli" sözlərini yazdırıb. Bu isə izləyicilərin tənqidinə səbəb olub.

"Əməkdar artisti yazmasaydınız, tam olmazdı" deyə, rəy yazan izləyici gözləmədiyi reaksiya ilə qarşılaşıb. V.Məhərrəmli ona söyüşlə cavab verib.

Həmçinin, yardımla bağlı video çəkdirən sənətçinin rolikdə Qazaxdakı villasını nümayiş etdirməsi də sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb. Onlar ifaçıya "Yardım etmək evlərini, maşınlarını reklam etməyin təzə yoludur" kimi şərhlər yazıblar.

Qeyd edək ki, V.Məhərrəmli bundan öncə də bir neçə dəfə onu tənqid edən izləyicilərinə təhqiredici ifadələr yazıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.