Şou-biznes

Xalq artisti: "Bu finti-firuş qızları ora kim çıxarır?"

9 Aprel 2020 15:39
17 Şərh     Baxış: 4 973
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Verilişinə qonaq çağırıb, özü sual verir, özü də danışır.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov aparıcıları tənqid edib.

O, bəzi aparıcıların qeyri-peşəkar olduğunu, qonaqlarına hörmət etmədiyini bildirib:

"Efirə qonaq dəvət edir, özü sual verir, özü danışır, yazıq qonağın ağzını açmasına imkan bilmir. Yenə məntiqlə danışsa, dərd yarıdır. Mövzudan xəbəri belə yoxdur. Bir dəfə məni kino ilə bağlı verilişə çağırmışdılar, aparıcı imkan vermədi ki, sualı cavablandırım. Əsəbiləşib verilişi tərk etmək istəyəndə yalvar-yaxar edib geri qaytardı. Bir nöqsan da bu aparıcıların oturuş-duruşlarını bilməmələridir. Efir mədəniyyətindən xəbərləri yoxdur. Divan qalıb, kreslonun qoltuğunda oturur. Bu ədəbsizlikdir. Adını aparıcı qoyan şəxsin diksiyası normal olmalıdır ki, tamaşaçı nə dediyini anlaya bilsin. Bir-iki telekanalda hava proqramının aparıcısı var, nə deyir başa düşmək olmur. Bu finti-firuş qızları ora kim çıxarır, niyə çıxarır, ayıbdır vallah".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.