Şou-biznes

Aygün Kazımovaya nə olub? - Xəstəxana otağından foto paylaşdı

27 Mart 2020 12:29
7 Şərh     Baxış: 5 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova xəstəxana otağından paylaşdığı foto ilə səs-küy yaradıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni paylaşımına "Əzizlərim, özünüzdən muğayət olun" qısa şərhini yazıb.

Fanatları Aygünün səhhətində problem olduğunu yazıblar. Kazımova izləyicilərinin çoxsaylı suallarından sonra bu gün səhər "Şükürlər olsun, hər şey yaxşıdır" cavabını verib.

Müğənninin prodüseri Nahid axşam.az-ın məsələ ilə bağlı suallarına isə "Hər şey yaxşıdır, heç bir problem yoxdur. Sadəcə, müayinədir" deyərək, reaksiya verib.

Qeyd edək ki, bir çoxları A.Kazımovanın yenidən plastik əməliyyat etdirdiyini, buna görə ötən gün xəstəxanaya yollandığını yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.