Şou-biznes

"Qurd" nişanlandı - "Çox çətin bir vaxtda biz “həri”ləndik" - FOTO

23 Mart 2020 09:54
9 Şərh     Baxış: 9 998
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov ailə qurmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, reper tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb. Nişan mərasimi evdə baş tutub.

Bu barədə "Qurd" özü məlumat verib. O, koronavirusla əlaqədar gərgin vəziyyətə baxmayaraq, mərasimi təxirə salmaq istəmədiklərini bildirib:

"Subaylar üçün olsun. Bəli, çox çətin bir vaxtda biz "həri"ləndik. Yanımızda olan, bizə dəstək verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, reper bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.