Şou-biznes

Qızını yenicə ərə verən Aybəniz Haşımova: “Qız nəvəsi istəyirəm” - VİDEO - FOTO

13 Mart 2020 15:34
14 Şərh     Baxış: 7 849
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qız övladı arzu edirəm"

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibləri əməkdar artist Aybəniz Haşımova və müğənni qızı Aynişan Quliyeva olub.

Milli.Az xəbər verir ki, sənətçi qız nəvəsi arzuladığını dilə gətirib:

"Sağ olsunlar qonşuluqda ev götürüblər. Yaxınımdadırlar. Əlbəttə ki, hər valideyn ömür boyu övladının xivətini çəkir, mən də həmçinin. Adi çay içəndə belə qızımı düşünürəm. Evliliyimin ilk zamanlarında fikrim başqa idi. Oğlum olsun istəyirdim. Aynişan doğulduqdan sonra isə düşüncəm tamam dəyişdi. Aynişan kimi qız nəvəsi istəyirəm".

Aynişan Quliyeva da həyat yoldaşı Kənan haqqında danışıb:

"Bütün münasibətlərdə olduğu kimi bizdə də yalnış anlaşılmalar olur. Bir-birimizi anlamağa çalışırıq. Bəzən onun "Qoç" damarı tutur. Elə anlarda üstünə getməyib gözləyirsən ki, özünə gəlsin. Övladımızın adı haqqında hələ düşünməmişik. Mənim üçün heç bir fərqi yoxdur, əsas odur ki, anlamı gözəl olsun".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.